- Serves: 4 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: -
- Kalori: 56
- Çətinlik:
Orta
Çap
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Araxis tortu
- Serves: 4 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: -
- Kalori: 56
- Çətinlik:
Orta
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
- Şokoladlı korjlar: Sobanı 170 dərəcə qızdırın. Formanı yağlayıb içinə perqament döşəyin.
- İri qabda bütün quru ərzağı qarışdırın. Başqa qabda yumurta, bitki yağı və südü çalın. Sonra bunu quru qarışığa qatıb xəmir hazırlayın.
- Xəmirə az-az qaynayan suyu əlavə edin, eyni zamanda dayanmadan qarışdırın ki, yumurta bişib bərkiməsin.
- Xəmiri formaya töküb 20-25 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın.
- Korju formada soyudun. Sonra səliqə ilə çıxarıb eninə iki bərabər hissəyə bölün.
- Xırt-xırt dakuaz korju: Sobanı 160 dərəcə qızdırın. Perqamentin üzərinə 17x26 sm ölçüdə düzbucaqlı çəkib formaya döşəyin.
- Yumurta ağlarını şəkər tozu ilə möhkəm çalın. Səliqə ilə badam ununu əlavə edin. Bu qarışığı perqamentin üzərinə çəkdiyiniz düzbucaqlı boyu yayın. Üzərinə araxis səpin.
- Təxminən 20 dəqiqə bişirin. O, krem rəngi almalı, merengi isə bişib qurumalıdır.
- Şəbəkənin üzərində soyudun.
- Su hamamında şokolad, kərə yağı, araxis yağını əridin. Sonra vafli qırıqları əlavə edib qarışdırın. Bu qarışığı dakuaz korjunun üzərinə bərabər yayın və dondurucuda 1 saat saxlayın.
- Qanaş: Soyuq qaymağı krem halına gələnədək çalın. Şokoladı su hamamında əridin. Sonra götürüb bir-iki dəqiqə qarışdırın. Çalınmış qaymağa qatıb yenidən çalın.
- Yumşaq şokoladlı korju buluda qoyun. Üzərinə qanaşın 1/3-ni çəkin. Dakuaz korjunu qoyun. Üzərinə kremin 1/3-ni çəkin. İkinci şokoladlı korju üzərinə yerləşdirin.
- Tortu bir gecə dondurucuda saxlayın. Sonra donmuş tortun kənarlarını iti bıçaqla kəsib hamarlayın. Qanaşın qalanını üzərinə çəkin.
- Bu tortu soyuducuda 4 gün saxlamaq olar.
Reseplər
Rəy bildir