- Serves: 3 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: 40-50 dəqiq
- Kalori: 34
- Çətinlik:
Asand
Çap
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Beşamel souslu makaron
- Serves: 3 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: 40-50 dəqiq
- Kalori: 34
- Çətinlik:
Asand
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
- Makaronu duzlu suda yarıya gədər bişiririk. Süzqəcə süzürük. Bir yumurtanı çırpıb makaronla yaxşı qarışdırırıq.
- Əti tavaya əlavə edib qiymə kimi bişiririk, toplar olmamalıdır. Su buraxanda içinə xırda kəsilmiş soğan əlavə edirik.
- Pomidorun qabığını soyub, xırda kəsirik. Ətin yanına əlavə edirik.
- Zeytun yağı tökürük.
- Cəfərini xırda kəsib əlavə edirik. Muskat qozu, duz, istiot tökürük. Suyu tam çəkiləndə altını keçirdirik.
- Beşamel sousu bişirək. Dərin balaca qazanda kərə yağını əridirik, içinə unu yavaş yavaş əlavə edib qarışdırırıq. Sudu və toyuq bulyonunu yavaş yavaş əlavə edirik. Qarışdırmaq çox vacibdir. 5-8 dəq. sousu qarışdıraraq bişiririk.
- Sousu kənara qoyub biraz soyumasını gözdəyirik. İki yumurtanı ayrı qabda çırpıb soyumuş sousa əlavə edib qarışdırırıq.
- İndi hər şeyi soba qabına yığaq.
- Soba qabını kərə yağı ilə yağlayırıq. Makaronları qaba elə düzün ki, hamısı bir tərəfə vaxsın. Onda kəsilişdə gözəl görsənəcək.
- Makaronun üstünə rəndələnmiş pendirin yarısını səpirik.
- Sonra əti əlavə edirik. Sonra sousu tökürük və pendirin qalan yarısını səpirik.
- Sonda üstə biraz kərə yağı qoyuruq.
- 170 dərəcədə 40-50 dəqiqə üstü qızarana gədər bişiririk.
- Sabadan çıxaran kimi biraz gözləyin sonra kəsin, yoxsa dağılacaq
Reseplər
Rəy bildir