chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Burekas resepti
Serves: 3 Nəfər
Hazirlama vaxti: 1
Bişmə vaxti: 30 dəqiqə
Kalori: 150
Çətinlik:
Orta
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
badımcanları 180 dərəcə qızdırılmış SOBAda 25-30 dəq bişiririk
Badımcan bişənə qədər Xəmiri hazırlayırııq. Yağ yumşaq olmalıdır, kefir soyuq olmalıdır, unu ələkdən keçirdirik, kefir, kərə yağı əlavə edib, kombaynda qarışdırırıq. 5 dəq qoyuruq qıarağa
sonra yene qarışdırırıq, sirkə , zeytun yağı əlavə edirik, xəmir yoğururuq. xəmiri kündələyib, 30 dəq -lik soyuducuya qoyuruq.
badımcanları soyuruq, xırda - xırda doğrayırıq. Pendir və göyərtini də doğrayırıq, duzlayıb qarışdırırıq.
xəmiri soyuducudan çıxardırıq. stolun üstünə un səpib xəmiri düzbucaqlı şəkildə 5 mm qalınlığında yayırıq. sonra eni 7 sm olan zolaqlar şəklində kəsirik
içliyi xemirin bir qırağından elə qoyuruq ki, digər tərəfini bükəndə üçbücaq alınsın
yumurta sarısını 1 qaşıq su ilə qarışdırırıq, burekasların üzərinə çəkirik və küncüt səpirik
SOBAnı 180 dərəcəyə qədər qızdırırıq, listə perqament kağızı səririk, 30 dəq qızılı rəng alana qədər bişiririk