- Serves: 4 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: 30 dəqiqə
- Kalori: 52
- Çətinlik:
Orta
Çap
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Ətli bulqur plovu resepti
- Serves: 4 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: 30 dəqiqə
- Kalori: 52
- Çətinlik:
Orta
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
- Əti yuyub təmizləyib duzlu suda bişiririk. Qaynamağa başlayanda kəfini yığırıq.
- Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
- Soğana yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.
- Pomidor mətini əlavə edib 2-3 dəqiqə qovururuq.
- Bişmiş əti suyundan çıxarıb qovrulmuş soğanın üstünə töküb 3-5 dəqiqə qovururuq.
- Sonra yuyulub təmizlənmiş bulğuru ətin üstünə əlavə edib qarışdırırıq.
- Ətin suyunu süzüb yeməyə əlavə edirik. Əgər ətin suyu 1 st olsa onda əlavə 3 st adi su tökürük. (Qaynadılmış) Ət suyu 1 st artıq olsa onda ona görə suyunu tökürük. Zövqə görə duzunu əlavə edib qarışdırırıq.
- Vam odda yeməyi bişməyə qoyuruq.
- Suyu çəkiləndə plovlarda olduğu kimi qazanın altına dəmir ya da hündür setka ya da tava qoyub tavanın üstünə qoyuruq.
- 30 dəqiqə dəm aldıqdan sonra yeməyimiz hazır olacaq.
- Yeməyimiz hazır olduqda qabayığıb isti-isti süfrəyə veririk
Reseplər
Rəy bildir