- Serves: 3 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: 30 dəqiqə
- Kalori: 32
- Çətinlik:
Orta
Çap
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Ətli kartof dolması resepti
- Serves: 3 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: 30 dəqiqə
- Kalori: 32
- Çətinlik:
Orta
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
- Əvvəlcə kartofları soyub yuyuruq. Sonra eninə ortadan ikiyə bölüb bıçaqla içlərini oyuruq. Lakin bir az ətli qalması üçün çox dərin oymamaq lazımdır. Sonra bir tavaya yağ töküb ikiyə böldüyümüz kartofların hər tərəfini azca qızardırıq. Əgər istəsəniz kartofları qızartmadan içini dolduraraq sobanın qabına düzüb də bişirə bilərsiniz.
- Başqa bir tavaya azca duru yağ əlavə edib xırda doğranmış soğan və sarımsağı qovururuq. Soğanın rəngi bir az qırmızılaşdıqdan sonra ətimizi əlavə edib yenə qovurmağa davam edirik. Əti də istəsəniz balaca kvadrat şəklində doğraya və ya ət maşınında çəkərək istifadə edə bilərsiniz. Ət bişdikdən sonra isə kvadrat formada doğradığımız bibər və pomidorları əlavə edirik. Duz və istiotunu da tökdükdən sonra içliyimiz hazır olacaqdır. Ortalarını oyduğumuz kartofları bu içliklə doldururuq.
- İçlərini doldurduğumuz kartofları sobanın qabına düzürük. Üstünə yenə də öz zövqünüzə görə ya halqa şəklində doğradığınız pomidor dilimi ya da kartofun özündən çıxartdığınız qapaqları qoya bilərsiniz. Sonda isə tomatı 2 stəkan suda həll edib kartofların üzərinə tökürük və əvvəlcədən qızdırılmış sobada 180-200 dərəcədə 30 dəqiqə bişiririk
Reseplər
Rəy bildir