Gürcü xəngəli resepti

Mal əti 9 Son yeniləmə: Oct 07, 2019 Yaradilib: Oct 07, 2019
Gürcü xəngəli resepti
  • Serves: 3 Nəfər
  • Hazirlama vaxti: 1
  • Bişmə vaxti: 40
  • Kalori: 87
  • Çətinlik: Orta
Çap

chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək

Tərkibi

Hazirlama qaydasi

  1. Əti kiçik dilimlərə bölün.
  2. Sonra baş soğanı soyun və sonra bunu 4-5 hissəyə bölün.Ətlə soğanı eyni qaba qoyun.Sonra bunlara zövqə görə duz, istiot, qırmızı bibər, çörəkotu əlavə edin.Bunları tam qarışana qədər qarışdırın.Bütün bunları ət maşınından keçirərək soğanlı, ədviyyatlı qiymə hazırlayın.Çəkilmiş qiyməyə su əlavə edin ki.Bu, qiyməni yumşaldır.
  3. İndi isv sıra gəldi xəmirin hazırlanmasına.Una duzlu su əlavə edib bərk xəmir yoğurun.
  4. Yoğurduğunuz bərk xəmiri plastik torbaya qoyub 15-20 dəqiqiə dondurucuda saxlayın.Sonra geniş bir qazana 5-7 litr su əlavə edin.Bu suya duz da əlavə edin.Qazanı güclü alovun üzərinə qoyun.İndi isə soyuducudan xəmiri çıxardın.
  5. Kiçik kündələrə bölün.Təqribən 2 mm.qalınlığında yuxa hazırlayın.
  6. Sonra bu yuxadan stəkanın köməyi ilə dairəvi formada kəsin.
  7. Yerdə qalan xəmiri yenidən yoğurub yenidən yayın, onları da stəkan vasitəsi ilə yumru halda doğrayın
  8. Dairəvi xəmirləri nazik yayın.Nazik yayılmış bu yuxaların ortasına təxminən 40 qr. qiymə iç qoyub üst hissəsindən büzərək bükün.Bükülmə prosesi çox vacibdir və aşağıdakı kimi həyata keçirilir:
  9. Gürcü Xəngəli bükülməsi:Xəngəlin bitişdirilməsi sonuncu büküşə kimi hər büküşü yuxarı darta-darta yapışdırmaqla əmələ gəlir.Yapışdırma bitdikdən sonra başlığı burub artıq hissəni qopardın.Gürcü Xəngəli bişirilməsi:
  10. Bükülüb hazırlanmış gürcü xəngəli ehtiyatla, bir – bir, ancaq sürətlə qaynayan suya qoyulur.
  11. Xəngəlləri suya salan kimi ehtiyatla taxta qaşıqla qarışdırın.Bu zaman gürcü xəngəli bir – birinə və qazanın dibinə yapışmır.Təxminən 7 dəqiqə qaynadıqdan sonra xəngəllər bişir və suyun üzərinə çıxacaq.
  12. Bişmiş gürcü xəngəli kəfgir vasitəsi ilə ehtiyatla çıxardılır.Bu zaman, ehtiyatlı olunmalıdır ki, bişmiş gürcü xəngəli dağılmasın.Bişmə zamanı diqqət edilməlidir ki, çox bişməsin.Buzaman çox bişərsə, xəngəllər açılıb dağala bilər.
  13. Xəngəl büfrəyə isti halda verilir.Süfrədə gürcü xəngəli qara istiotla birlikdə yeyilir.Gürcü xəngəli əllə yemək məsləhətdir.
  14. Bu zaman, xəngəl ehtiyatla dişlənilir.Bu zaman xəngəlin suyu dağılmamalıdır.Bu su içilir.

Reseplər

Rəy bildir

Müəllif Ayten ayten20@gmail.com Ayten

chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək

Reklam

Bizimlə qal

Xəbərlər

Yeni reseptlər haqqında e-poçt yeniləmələrini almaq üçün qeydiyyatdan keçin.