chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Humus resepti
Serves: 3 Nəfər
Hazirlama vaxti: 1
Bişmə vaxti: -
Kalori: 54
Çətinlik:
Asand
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Konservləşmiş noxuddan istifadə edirsinizsə, suyunun bir miqdarını saxlamaq şərtilə, noxudu süzün. Suyu lazım olacaq.
Əgər quru noxuddan istifadə edirsinizsə, onu bişənə qədər qaynadın, təxminən 1 saat. Təxminən 1 stəkan yarım bişmiş noxud alınmalıdır. Qazandakı suyun bir miqdarını saxlamaq şərtilə, noxudu süzün. Suyu lazım olacaq. Əgər humusunuzun daha hamar olmasını istəyirsinizsə, bişirdiyiniz noxudun qabığını soyun.
Konservləşmiş noxudun qabığı qabarıqdırsa, soyun, yox, əgər qabarıq deyil və çox yumuşaqdırsa, soymağa ehtiyac yoxdur.
Mətbəx robotunda noxud, sarımsaq, tahin və limon suyunu pürü halına gətirin. Bunu edərdək konservanın və ya noxudun bişdiyi sudan buraya bir az əlavə edin ki, kütlə bir az açılsın. Əgər səhfən konservanın və ya qazanın suyunu atmısınızda, narahat olmayın – adi sudan istifadə edin. Zövqə görə duz vurun. Zövgə görə tahin, limon suyu və sarımsağın miqdarını artırmaq olar.
Humusu qaba yığın. Üstünü qaşıqla “girdablayın.” Zeytun yağı gəzdirin. Şirin qırmızı bibər tozu səpin.