Özbək aşı

Özbək aşı

Quru yemək 451 Son yeniləmə: Nov 04, 2020 Yaradilib: Oct 04, 2019
Özbək aşı
  • Serves: -
  • Hazirlama vaxti: 1
  • Bişmə vaxti: 55
  • Kalori: -
  • Çətinlik: Orta
Çap

Bir aşın yüz yox min cürə resepti olur. Hər bir aşpazın da özünə məxsus sirrləri olur. Biz sizə Özbək aşının ən məşhur reseptini tədqim edirik. Bu reseptlə siz evinizə gələn bir özbəyi belə təəccübləndirə bilərsiniz. Bizim reseptdən faydalanaraq “Özbək aşı” hazırladınızsa, şəklini

Tərkibi

Hazirlama qaydasi

  1. Əvvəlcə düyünü yuyuruq. Düyünün suyu tam şəffaflaşana qədər yumağa davam edirik.
  2. Qoyun ətini yuyuruq və doğrayırıq. 3 ədəd soğanı və yerköküləri yuyub təmizləyirik. Soğanı nazik-nazik, yerkökünü isə 1sm qalınlığında uzunsov doğrayırıq. Sarımsaqların üstünün qabığını təmizləyirik, amma dişlərə ayırmırıq
  3. Divarları qalın olan bir qazan götürün və onu qızdırın. Daha sonra buraya yağı əlavə edin. Yağ qızdıqdan sonra kənarda saxladığımız 1 ədəd soğanı bu yağın içinə qoyun. Soğanın rəngi qaralana qədər qızardın. Daha sonra rəngi qaralmış soğanı tavadan çıxardın
  4. İndi isə soğançanı hazırlayaq. Doğradığımız soğanı tavanın içinə tökürük, qızılı rəng alana qədər bişiririk. (təxminən 7 dəqiqə). Daha sonra əti əlavə edirik və qızarana qədər bişiririk.
  5. Daha sonra yerkökünü əlavə edirik və qarışdırmadan 3 dəqiqə qızardırıq. Daha sonra hamısını qarışdırıb 10 dəqiqə yenə bişiririk. (arada yüngül qarışdırmaq olar). Cirəni və keşnik toxumlarını ya əlinizdə ya da bir qabda əzib zirinc və duzla birlikdə yeməyimizə əlavə edirik. Sobanın istiliyini biraz azaldırıq və yerkökü yumşalana qədər 7-10 dəqiqə bişiririk. Daha sonra qazana 2 sm hündürlüyündə qaynar su tökürük və üzərinə acı bibərləri qoyuruq. Sobanın istiliyini biraz da azaldıb, sərin temperaturda 1 saat bişiririk.
  6. Təmiz olması üçün düyünü bir daha yuyuruq və suyunun çəkilməsini gözləyirik. Daha sonra düyünü hazır olan qarışımın üzərinə bərabər miqdarda qoyuruq. Sobanın istiliyini artırırıq. Qazana şəkildəki kimi qaşığın köməkliyi ilə düyünün üstünü örtəcək qədər qaynar su tökürük.
  7. Su çəkilməyə başlayanda sarımsaqları aşın içinə basdırın, sobanın istiliyini orta dərəcəyə endirin və düyü bişənə qədər aşı bişirin.
  8. Aşın üstünə bir qab qoyub, sobanın istiliyini azaldıb 30 dəqiqə aşı dəmlənməyə qoyun.

Reseplər

Rəy bildir

Müəllif Ayten [email protected] Ayten

chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək

Bizimlə qal

Xəbərlər

Yeni reseptlər haqqında e-poçt yeniləmələrini almaq üçün qeydiyyatdan keçin.