- Serves: 3 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: 10 dəqiqə
- Kalori: 54
- Çətinlik:
Orta
Çap
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Özbək mantısı resepti
- Serves: 3 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: 10 dəqiqə
- Kalori: 54
- Çətinlik:
Orta
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
- Özbək mantisi hazırlamaq üçün əvvəlcə un ələnir. Bunun məqsədi, unun həm havalanması, həm də içərisində yad cisimlər varsa onların təmizlənməsidir.
- Xəmir hazırlanacaq geniş bir qaba 2 ədəd yumurta qırılır.
- Yumurtalara xəmirin duzu əlavə edilir.
- Çəngəl vasitəsi ilə yumurtalar çalınır və duz qarışdırılır.
- Bundan sonra yavaş yavaş yumurtaya su əlavə edilir. Qarışdırılaraq durulaşdırılır.
- Xəmirin yumurtalı suyuna daha sonra əvvəlcədən ələdiyimiz unu yavaş – yavaş əlavə edib xəmir mantinin xəmirini yoğururuq.
- Xəmir yoğrulub hazır olduqdan sonra stolun üzərinə biraz un səpilir. Xəmir burada biraz yoğrulduqdan sonra masanın üzərinə biraz un əlavə edin.
- Yumurtalı manti xəmiri burada masanın üzərində də biraz yoğrulur və üzərinə bir qab örtülərək gözlədilir.
- Bu gözləmənin müddəti: 10-15 dəqiqədir.
- Manti içlik hazırlanması:↓
- İçlik hazırlamaq üçün əvvəlcə ət qiymə maşınından keçirilir. Yağsız olduğu təqdirdə içərisinə biraz da quyruq əlavə edilir.
- Soğan kiçik – kiçik doğranılır.
- Yaxşıca doğranılan soğan yağlı qiyməyə qarışdırılır.
- Bundan sonra duz səpilir. Üzərindən əzilmiş istiot və qırmızı bibər səpilir. Yaxşıca qarışdırılır.
- Bu arada dincəlməyə qoyduğumuz xəmiri yenidən biraz yoğururuq. 10-15 dəqiqə yenidən gözləyirik.
- Gözlətdiyimiz xəmiri kiçik kündələr halına gətiririk.
- Masanın üzərinə biraz un səpirik. Oxlova vasitəsi ilə yuxa yayırıq.
- Bir kasa və bıçaq vasitəsi ilə yuxadan yumru parçalar kəsirik.
- Doğranmış xəmirin içərisinə hazırladığımız qiyməli içlik qoyulur.ÖZBƏK MANTİSİ BÜKÜLÜR.
- Bundan sonra manti qazanının parçalarının içərisi maye yağ vasitəsi ilə yüngülvari yağlanır.
- Bükülmüş mantilər buxar qablarının içərisinə düzülür.
- Qazanın içərisinə su qoyulur və ağzını örtərək qaynamağa qoyulur.
- Su qaynadıqdan sonra içərisində mantilər olan hissələr qazanın üzərinə qoyulur. Təqribən 35-40 dəqiqə mantilər buxarda bişir.
- Bir qabın içərisinə kahı yarpaqları və kiçik pomidorlar düzülür.
- Mantilər kahı yarpaqlarının üzərinə səliqə ilə düzülür. Mantilərin üzərlərinə bir az kərə yağı qoyulur.
- Bu şəkildə servis edilir
Reseplər
Rəy bildir