chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Pasta primavera resepti
Serves: 4 Nəfər
Hazirlama vaxti: 1
Bişmə vaxti: 8-12 dəqiqə
Kalori: 34
Çətinlik:
Asand
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Fettuçini əvəzinə başqa makaron növləri, hətta spagetti də istifadə edə bilərsiniz.
5 l su qaynadın (100 q əriştə üçün 1 l hesabı). Duzlayın. Bir qabı çox soyuq su ilə doldurun (hətta içinə buz da qoya bilərsiniz). Gülkələmini qaynayan suda 1 dəqiqə qaynadın, qulançarı əlavə edib daha 1 dəqiqə qaynadın. Sonra göy noxudu əlavə edib yarım dəqiqə qaynadın. Tərəvəzləri çıxarıb buzlu suya qoyun. Soyuyan kimi aşsüzənə yığın.
Əriştəni tərəvəzləri bişirdiyiniz suda bişirə bilərsiniz, əgər istəməsəniz yenidən su qaynadın.
İri tavada yağı əridin, xırda doğranmış sarımsaq və qabağı əlavə edib 1 dəqiqə qovurun. Xırdalanmış pomidorları əlavə edib qarışdıraraq daha 2 dəqiqə qovurun. Bulyon tökün, qaynara düşəndə bişirilmiş tərəvəzləri əlavə edib ehtiyatla qarışdırın. Ocağı azaldın, qaymaq azca qaynayan kimi parmezan pendirini əlavə edin, qarışdırın. Əgər sous çox qatıdırsa, toyuq bulyonu, su və ya qaymaq əlavə edə bilərsiniz.
Fettuçinini (makaronu və ya spagettini) elə bişirin ki, sousla eyni vaxtda hazır olsun. Məsələn, pasta kapellini (qalın makaron) 1-2 dəqiqə, spagetti isə 8-12 dəqiqə qaynadılır. Üstəlik, makaron məhsullarını qaynadarkən qazanın ağzını heç vaxt örtməyin. Fettuçinini qablaşdırmanın üstündə göstərilən qaydada bişirin.
Hazır olan kimi süzün, sousa əlavə edib qarışdırın. Reyhanı doğrayıb üstünə səpin. Dadına baxın, ehtiyac varsa, duz əlavə edin. Qara istiot səpin, boşqablara çəkin