Snikers tortu

Tortlar 534 Son yeniləmə: Feb 24, 2020 Yaradilib: Feb 24, 2020
Snikers tortu
  • Serves: 4 Nəfər
  • Hazirlama vaxti: 1
  • Bişmə vaxti: 25 dəqiqə
  • Kalori: 65
  • Çətinlik: Orta
Çap

Şokolad və yer fıstığının birləşməsindən yaranan bu mükəmməl dad şirniyyat sevənlər üçün ən gözəl hədiyyədir. Biz əminik ki, bir dəfə dadına baxdıqdan sonra süfrənizin daimi şirniyyatına çevriləcək. Birlikdə yeni dadlar kəşf edək

Tərkibi

Hazirlama qaydasi

  1. Biskvit üçün lazım olacaq ərzaqları hazırlayın. Bizim siyahıda sizə təqdim etdiyimiz ərzaqlar yalnız 1 biskvit üçün nəzərdə tutulmuşdur. Biskvit üçün istifadə olunacaq qabın diametri 18 sm olmalıdır. Əgər 24 sm ölçüsündə qab istifadə edəcəksinizsə, sizə təqdim etdiyimiz ərzaqları 2 dəfə artırın
  2. Birinci mərhələdə yumurtanı bir qaba qırın və üzərinə şəkər tozunu əlavə edin. Mikserlə bir neçə dəqiqə qarışdırın. Alınan qarışım biraz köpmüş və açıq rəngli olmalıdır. Daha sonra buraya xamanı əlavə edib qarışdırın
  3. Kakao tozu, un və qabartma tozunu birlikdə qarışdırın. Daha sonra hamısını hazır olan qarışıma əlavə edib, yaxşı qarışdırın. Potların olmamasına diqqət edin
  4. Kərə yağını əridin. Biraz soyuduqdan sonra xəmirə əlavə edin. Bu qarışımı hər tərəfli qarışdırın. (Şəkildəki kimi alətlə)
  5. Diametri 18-20 sm olan qabın içini kağızla örtüb xəmiri qaba tökün. Sobanı 180 dərəcə qədər qızdırın. Biskvitimizi 25 dəqiqə bişirin. Bişdiyini yoxlamaq üçün diş çöpündən istifadə edə bilərsiniz. Xırda diş çöpünü biskvitə batırıb çıxardın. Əgər diş çöpü quru olarsa, bu biskvitimizin bişdiyini göstərir
  6. Eyni qayda ilə tortun ikinci qatını hazırlayın. Əgər sizin evinizdə göstərdiyimiz diametrdə 2 ədəd qab varsa, hər ikisini eyni vaxtda hazırlayıb bişirə bilərsiniz. Bunun üçün təqdim etdiyimiz reseptə qeyd olunan bütün ərzaqlar 2 dəfə artacaq. Hazır olan biskvitlərimizi dəmir hörgünün üstünə qoyun. Soyumasını gözləyin
  7. Biskvitlərimiz soyuyana kimi kremimizi hazırlayaq.Birinci bişmiş (заварной) kremi hazırlayaq. Bunun üçün bir qaba 250 ml (50 ml süd ayırıb, kənarda saxlayın) süd tökün. Südə şəkər tozunu və vanili əlavə edin
  8. Südü qaynayana qədər bişirin. Süd bişdiyi müddətdə arada bir onu qarışdırın ki, şəkər tozu tam ərisin və dibində qalmasınAyırdığımız südə (50 ml) qarğıdalı nişastasını əlavə edib qarışdırın. Daha sonra bu qarışımı bişmiş süd olan qazana yavaş-yavaş əlavə edin. Əlavə edərkən tez-tez qarışdırın. Daha sonra qarışım tam qatılaşana qədər qaynadın
  9. Hazır olan bişmiş kremi bir qaba tökün və soyumasını gözləyin. Kremin üstündə qalın təbəqə yaranmasını istəmirsinizsə, qabın üstünü hər hansı bir plyonka ilə örtün (plyonkanın kremə toxunmamasına diqqət edin) ya da kremi tez-tez qarışdırın
  10. Bişmiş (заварной) krem soyuyana qədər yağımızı hazırlayaq. Bir qaba yumşalmış kərə yağını tökün və mikserlə qarışdırın. Yağ tam qarışdıqdan sonra mikseri söndürmədən qarışdırmağa davam edərək buraya bişmiş (заварной) kremi əlavə edin. Yağlı bişmiş (заварной) kremimiz hazırdır
  11. İndi isə yağlı qatılaşdırılmış süddən (со сгущенным) hazırlanan kremi hazırlayaq. Bunun üçün yumşaldılmış yağı mikserlə qarışdırın. Bura qaynadılmış qatılaşdırılmış südü (вареное сгущенное молоко) əlavə edin. Bir-birinə yaxşı qarışana qədər mikserlə qarışdırın
  12. Qovrulmuş, doğranmış fıstığı kremə əlavə edib, qarışdırın. Kremimiz hazırdır
  13. Biskvitlərin hündürlüyünün eyni olmasını yoxlayın. Əlavələr varsa, onları səliqəli kəsib, kənara qoyun.
  14. Biskvitləri bişirdiyimiz qaba bir biskviti qoyun. Onun üzərini birinci bişmiş (заварной) kremlə örtün
  15. Üzərindən isə qatılaşdırılmış süddən və fıstıqdan hazırladığımız kremi çəkin
  16. Üzərinə yenidən bişmiş (заварной) kremi çəkin və ikinci biskviti qoyun
  17. Qalan kremə 1 çay qaşığı kakao əlavə edin və yaxşı qarışdırın.
  18. Tortu qabın içindən çıxarın. Kənarlarını və üzərini şokoladlı kremlə tam bağlayın. Kənarlarını doğranmış, əzilmiş fıstıqlar tam bağlayın.
  19. Şirniyyat torbasına 2 xörək qaşığı krem qoyun. Tortun üstünü zövqə görə bəzəyin
  20. Tortumuz hazırdır! :) Tortumuzu 1-2 saat soyuducuda saxladıqdan sonra süfrəyə təqdim edə bilərsiniz!
  21. Əgər siz də bu reseptdən faydalanaraq "Snikers" tortunu hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Reseplər

Rəy bildir

Xəbərlər

Yeni reseptlər haqqında e-poçt yeniləmələrini almaq üçün qeydiyyatdan keçin.