- Serves: 4 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: -
- Kalori: 52
- Çətinlik:
Asand
Çap
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
Tempura kreveti resepti
- Serves: 4 Nəfər
- Hazirlama vaxti: 1
- Bişmə vaxti: -
- Kalori: 52
- Çətinlik:
Asand
chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək
Tərkibi
Hazirlama qaydasi
- Klyarın hazırlanması üçün tempura ununu suda həll edin (250 ml suya 150 qr. un), yaxşıca çalıb 10 dəqiqəlik soyuducuya qoyun.
- Buz qırıntıları da əlavə edə bilərsiniz.
- Bu zaman ərzində krevetləri hazırlamaq olar. Bunun üçün onların qabıqlarını təmizləyin, kəsib içini təmizləyin.
- Krevetlərin qarınlarını iti bıçaqla müxtəlif istiqamətlərdə uzununa kəsin.
- Sonra krevetlərin bişəndə burulmaması üçün onları düzəldin. Hazır krevetləri una bələşdirin.
- Bitki yağını tavaya töküb demək olar ki, qaynara düşənə kimi qızdırın.
- Klyarı soyuducudan çıxarın, krevetləri klyara batırıb ehtiyatla qaynayan yağa qoyun.
- Bir neçə dəqiqə, xəmir azca qızarana kimi bişirin.
- Krevetləri yağdan kəfkirlə çıxarıb salfetlərin üzərinə düzün ki, artıq yağ salfetə hopsun.
- Tempur krevetlərini həm sərbəst şəkildə, həm roll hazırlanmasında istifadə etmək olar.
- Sonda küncütlə bəzəyin. Eyni qayda ilə göbələk, tərəvəz, hətta göyərtini də klyarda hazırlayıb krevetlərlə süfrəyə verə bilərsiniz
Reseplər
Rəy bildir