tkemali

Sous 256 Son yeniləmə: Mar 22, 2020 Yaradilib: Mar 22, 2020
tkemali
  • Serves: 3 Nəfər
  • Hazirlama vaxti: 1
  • Bişmə vaxti: -
  • Kalori: 42
  • Çətinlik: Asand
Çap

chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək

Tərkibi

Hazirlama qaydasi

  1. Gavalıları tərtəmiz yuyun, qazana töküb yarısınadək su əlavə edin (gavalıların yarısınadək), qazanın qapağını örtüb iti ocağın üzərinə qoyun. Qaynara düşəndən sonra 5-10 dəqiqə, qabığı partlayanadək bişirin. Bundan artıq bişirməyin, çünki ləti suya qarışacaq.
  2. Aşsüzənə tökün. Amma suyunu da atmayın. Aşsüzənin altına bir qab qoyub gavalını soyumağa qoyun.
  3. Bu müddətdə göyərtiləri yuyub aşsüzənə yığın, suyu çəkiləndən sonra xırda doğrayın. Sarımsağı duzla birlikdə əzin.
  4. Acı istiotun dənələrini çıxarıb xırda doğrayın.
  5. Qaşıqla gavalıları elə aşsüzəndə əzib dənələrini atın.
  6. Blenderdə göyərti, sarımsaq, acı istiot, üyüdülmüş keşniş toxumu, gavalını (aşsüzənin altındakı qaba yığılmış lətlə birlikdə), həmçinin gavalını qaynatdığınız sudan bir qədərini eynicinsli kütlə halına gələnədək qarışdırın.
  7. Əgər blender yoxunuzdursa, gavalını aşsüzəndən keçirin, sonra isə göyərti və sarımsaqla qarışdırın.
  8. Dadına baxıb zövqə görə şəkər tozu və duz əlavə edə bilərsiniz.
  9. Qarışığı qazana yığıb qarışdıraraq bişirin. Qaynara düşəndən sonra 2-3 dəqiqə bişməyi bəs edər.
  10. Bu sousu qaynatmamaq da olar. Hazır olan kimi bankalara yığıb soyuducuda da saxlaya bilərsiniz. Amma onu gərək bir həftə ərzində tükədəsiniz.
  11. Bişmiş sousu isə sterilizə edilmiş bankalara yığın. Üzərinə azca bitki yağı tökün ki, bankada hava qalmasın. Qapaqlarını bağlayın, otaq temperaturunadək soyuduqdan sonra soyuducuda saxlaya bilərsiniz.
  12. Əgər sousu çox hazırlamısınızsa və onu qışa saxlamaq fikriniz varsa, o zaman belə edin:
  13. - 1 ç.q. əvəzinə 1 x.q. duz götürün;
  14. - bankaları mikrodalğalı, yaxud elektrik sobasında qızdırın, qaynar sousu bankalara doldurub dərhal da qapaqlarını bağlayın. Tərs çevirib tam soyuyunca saxlayın. Sonra isə soyuq yerə yığın.
  15. Gavalını bişirdiyiniz sudan isə kompot bişirəndə istifadə edə bilərsiniz

Reseplər

Rəy bildir

Müəllif Chef.az [email protected] Chef.az

chef.az saytı olaraq çalışırıq ki, sizə hər zaman gördüyünüz, bildiyiniz Reseplerden fərqli resepler təqdim edək

Reklam

Bizimlə qal

Xəbərlər

Yeni reseptlər haqqında e-poçt yeniləmələrini almaq üçün qeydiyyatdan keçin.