Nar faydaları

Nar faydaları

nar-1.jpg

Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir. Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər. Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir. Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir. İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmi tez bir zamanda bərpa olunmasına kömək edir. Nar şirəsi insanın iştahasını artırır və immun sistemi möhkəmləndirir

Rəy bildir

Xəbərlər

Yeni reseptlər haqqında e-poçt yeniləmələrini almaq üçün qeydiyyatdan keçin.