Her gun 5 zeytun yeyin

Her gun 5 zeytun yeyin

77-8-888-56.jpg

İspaniya alimləri sübut edir ki, zeytunun qabığında olan bioloji aktiv maddələr xərçəng hüceyrələrini məhv edir, xərçəng şişinin inkişafını ləngidir.


Yeni araşdırmanın nəticələri Journal of Molecular Biology jurnalında dərc olunub.


Mütəxəssislər zeytunun xüsusilə bağırsaq və süd vəzi xərçənginə qarşı effektli olduğunu sübut edirlər. Nəzərinizə çatdıraq ki, bu 2 xərçəng növü ən yayılmış sayılır.


Güclü antioksidant olan E vitamini ilə zəngin zeytun orqanizmi toksinlərdən təmizləyir, immuniteti möhkəmləndirir, orqanizmin virus və bakteriya infeksiyalarına qarşı davamlılığını artırır, toxumaların bərpasını yaxşılaşdırır.


Zeytun kalium, fosfor, dəmir və bir çox digər faydalı minerallarla zəngindir. Mütəxəssislərin fikrinə görə, zeytunun müntəzəm olaraq istehlakı həmçinin ürək və damar xəstəliklərinin riskini də azaldır.


Mütəxəssislər hər gün 5-6 zeytun yeməyi tövsiyə edirlər

Rəy bildir

Xəbərlər

Yeni reseptlər haqqında e-poçt yeniləmələrini almaq üçün qeydiyyatdan keçin.