Makaronun növləri

Makaronun növləri

333-00-66.jpg

Ələnməmiş undan hazırlanan makaronlar – buraya ələnməmiş undan hazırlanmış hər növ makaron daxildir. Bu buğda unu (makaron qonur sarı rəngdə olur) və ya çovdar (makaron qara-qəhvəyi rəngdə olur) ola bilər. Ələnməmiş undan hazırlanmış makaronda adi makaronda olandan daha çox vitamin və minerallar olur.

Düyü əriştəsi düyü unundan hazırlanır. Onun tərkibində əsasən nişasta olur və öz və yağ olmur. Bu yemək Asiyada, xüsusən də Çində çox məşhurdur. O, toyuq, dəniz məhsulları və tərəvəzlərlə birgə süfrəyə verilə bilər və Asiya şorbaları üçün əla seçimdir.

Soya paxlası makaronu – ola bilsin çoxlarınız bu makaronun adına güvənərək onun soya paxlasından alındığını desin, lakin bu belə deyil. Əslində onun tərkibində maşdan alınmış nişastaya daha çox rast gəlmək olar. Onun tərkibində təqribən 10% zülal var və öz yoxdur. Əsasən şorbalara və yaz fəsəlilərinə əlavə olaraq təqdim edilir. Mal əti və tərəvəzlərlə birgə də süfrəyə verilə bilər.

Qarğıdalı makaronu – qarğıdalı unundan əldə edilən sarı rəngli makarondur. O, liflərlə, B, E və A vitaminləri ilə zəngindir. Onun tərkibində həmçinin maqnezium və kalium var. Bu makaronun sağlamlıq üçün çox faydalı olduğu hesab edilir. O, Meksika salatları üçün münasibdir və paxlalarla əla dadır

Rəy bildir

Xəbərlər

Yeni reseptlər haqqında e-poçt yeniləmələrini almaq üçün qeydiyyatdan keçin.